• Tərəfdaşlar
  • Əlaqə
  • “Mobil Texnologiyaları üzrə Dünya Gənclər Forumu 2013”

    06.05.2013
    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti və Xəzər İnvestisiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Mobile Monday Azərbaycan (MoMo) görüşü keçirilib. Bu dəfəki MoMo görüşü Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil edilmiş “Mobil Texnologiyaları üzrə Dünya Gənclər Forumu 2013” çərçivəsində keçirilib.
    MoMo tədbiri Azərbaycanın mobil sənayesinin peşəkarlar və həvəskarlarını bir araya gətirərək, onlara Böyük Britaniya, Finlandiya, Rumıniya, Hindistan və Almaniyanın peşəkar ekspertlərinə “real zamanda” sual vermək imkanını yaradıb.
    Görüşdə iştirak edən Bakcell şirkətinin Baş Direktoru cənab Riçard Şirer mobil rabitənin inkişafına dair məruzə ilə çıxış edib və Bakcell tərəfindən MoMo çərçivəsində 2012-ci ildə elan edilmiş “ən yaxşı mobil tətbiqetmə” müsabiqəsinin qaliblərini elan edib.
    Mobil cihazlar və müştəri istifadəsinin tədrici inkişafından söz açan cənab Şirer aşağıdakıları qeyd edib: “Biz sürətli innovasiyalar dövründə yaşayırıq. Rabitə cihazları inanılmaz bir templə inkişaf olunur, məhsulların həyat dövrü isə azalmaqdadır. Azərbaycanda Mobil İnternet sabit interneti artıq üstələyir və mobil internetdən istifadə bundan sonra da əsaslı surətdə artacaqdır. 2011-ci ilin noyabr ayında istifadəyə verilmiş Bakcell-in Sür@ Mobil İnternet Xidməti bazarın inkişafına təkan verməkdədir. Həmçinin qeyd etmək lazımdır ki, smartfonlar mobil cihazlar arasında ən sürətlə inkişaf edən kateqoriyadır və yeni xidmət və iş təcrübələri üçün böyük bir platforma təşkil edir. Araşdırmalar göstərir ki, müştərilər Mobil İnternet xidmətlərini elektron poçt və xəbərlərdən də çox istifadə edirlər. Yəni bunların hamısı həyatımızın vacib bir hissəsinə çevrilir. Bakcell şirkəti daimi olaraq Azərbaycan gənclərinin informasiya texnologiyaları sahəsində təlim və təcrübə almasına yönəlmiş layihələrə dəstək göstərməkdədir. Biz olduqca məmnunuq ki, bir çox gənc mobil tətbiqetmə developeri bu müsabiqədə iştirak etməyə maraq göstərdi”.
    Bakcell tərəfindən keçirilmiş “ən yaxşı mobil tətbiqetmə” müsabiqəsinin qalibləri aşağıdakılardır:
    * 1ci yer: “Kinotap” tətbiqetməsi – Şaiq Muradov və onun komandası. Mükafat: Bakcell-dən 5000 AZN məbləğində nağd pul
    * 2 ci yer: “Aztagram” tətbiqetməsi – Fərhad Ələkbərov və onun komandası. Mükafat: 500 AZN və 3G Sur@t Data Kart+ 3 aylıq pulsuz internet
    * 3-cü yer: “Baku ATM” tətbiqetməsi – Aqşin Xalıkov və onun komandası. Mükafat: 300 AZN və 3G Sur@t Data Kart + 3 aylıq pulsuz internet
    2000-ci ildə Finlandiyanın Helsinki şəhərində yaradılmış Mobil Monday (MoMo) mobil sənayedə canlı şəbəkələşmə tədbirləri vasitəsilə əməkdaşlığa və biznes imkanlarına təkan verən, layihə müəllifləri və nüfuzlu şəxslər üçün açıq ictimai platformadır. Bakı Mobile Moday layihəsinə qoşulmuş 123-cü şəhər olub. Azərbaycanın İlk Mobil Operatoru Bakcell şirkəti Xəzər İnvestisiya Mərkəzi ilə birlikdə MoMo-nın rəsmi tərəfdaşıdır.
    ^^^
    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, cid:image003.jpg@01CD1415.F5604C10 ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
    Bakcell-in şəbəkəsi ölkə əhalisinin 99%, ölkə ərazisinin 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan şirkət, Sür@ xidməti və yeni tərfədaşlıqları vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidmətləri Mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur.
    Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
    Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

    « Geri