• Tərəfdaşlar
  • Əlaqə
  • EYCA

    təsviri:

    EYCA-Avropa Gənclər Kartı Assosiasiyası 1987 ci ildə Avropa Şurası və Avropa Birliyinin dəstəyi ilə yaradılmış, hüquqi ünvanı Niderlandda yerləşən mənfəət üçün olmayan qeyri hökumət təşkilatıdır. Dünyanın 37 ölkəsində, 40 sayda təşkilat ilə təmsil olunan EYCA 4 milyondan çox gənci ətrafına toplamışdır. EYCA-hər bir ölkə-ərazi üzrə üzv təşkilatlarla təmsil olunur ki, bu üzv təşkilatlar öz ölkələri üzrə gənclərin mobilliyi üçün onların mədəniyyət, xidmət və digər sahələr üzrə güzəşt və üstünlüklərlə təmin edir.

    EYCA-nın sloqanı “Qənaət edilmiş pul-qazanılmış puldur”.

    EYCA-nın üstünlükləri:
    Gənclərin mobilliyi:
    -dünyanı dərk etməyə kömək edir,digər mədəniyyətlərlə tanış edir,dünyagörüşü artırmağa xidmət edir;
    -Avropanın 37 ölkəsində aşağıdakı obyektlərdə 80.000-dən artıq endirim:
    -səyahət zamanı:otellər və hostellər, ekskursiyalar və turlar
    -nəqliyyat:qatarlar, avtobuslar, hava və su nəqliyyatı
    -mağazalar:kitab, idman, paltar və digər
    -yemək obyektləri:restoranlar və kafelər
    -xidmətlər:sığorta, abunə servisi, bələdçi

    EYCA-nın beynəlxalq əməkdaşları:
    • Avropa Şurası
    • Avropa Birliyi
    • Avropa Şurasının Gənclər və İdman Məsələləri üzrə Direktorluğu
    • Avropa Gənclər Forumu
    • Avropa Valantyorlar xidməti
    • Avropa Hostellər Assosiasiyası
    • Avropa Dəmiryol Daşıyıcıları Assosiasiyası

    2010 cu ilin mart ayında Azərbaycan gənc kart vasitəsi ilə gənclərin mobilliyi haqqında Razılaşmaya qoşulmuşdur. Azərbaycan üzrə Avropa Gənclər Kartı Assosiasiyasının üzvü Xəzər İnvestisiya Mərkəzidir.

    EYCA-nın Azərbaycandakı üzvü olaraq, Xəzər İnvestitsiya Mərkəzinin başlıca missiyası Azərbaycan gəncliyini XXI əsrin müassir tələblərinə uyğun inkişaf etdirməkdir. Xəzər İnvestitsiya Mərkəzi 6-30 yaşlarında olan bütün gənclərə EYCA kartlarını təklif edir.