• Tərəfdaşlar
  • Əlaqə
  • Azərbaycan Tələbə Kartı

    təsviri:

    “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.7.1. “Azərbaycan Tələbə Kartı”nın tətbiq edilməsi və gənclərin vahid beynəlxalq güzəştli kartlar sisteminə qoşulmasına şərait yaradılması bəndinə əsasən 29.05.2012 ci il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Xəzər İnvestitsiya Mərkəzi tərəfindən Azərbaycan Tələbə Kartı layihəsi həyata keçirilməyə başlamışdır. Bu kartlar Azərbaycanda təhsil alan bütün tələbələr üçün nəzərdə tutulmuşdur. Tələbə Kartları tələbələrə pulsuz təqdim olunur. Tələbələr bu kart vasitəsi ilə EYCA-nın endirim şəbəkələrində imtiyaz və güzəştlərdən istifadə edə biləcəklər. Endirim şəbəkəsinə təkcə Azərbaycan Respublikası ərazisində deyil, Avropanın 30-dan çox ölkəsində 80.000-dən çox müxtəlif məişət və iaşə obyektləri daxildir.

    Azərbaycan Tələbə Kartı həyata keçiriliməsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə yanaşı Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə də əməkdaşlıq edilir. Bu layihə çərçivəsində Azərbaycanda təhsil alan bütün tələbələr Azərbaycan Tələbə Kartı əldə etməklə yanaşı, Azərbaycan üzrə endirim şəbəkəsinin qeyd olunduğu kataloqları da əldə edirlər.