• Tərəfdaşlar
  • Əlaqə
  • Mobile Monday Baku

    təsviri:

    Mobile Monday 2000-ci ildə Finlandiyanın Helsinki şəhərində fəaliyyətə başlayıb. Hal-hazırda Mobile Monday (MoMo) müxtəlif ölkələrin mobil sənaye bazarında rəhbərlər, istehsalçılar və mobil sənayenin nüfuzlu şəxsləri üçün fərqli əməkdaşlıq və biznes imkanları verən açıq platformadır. 2011-ci ildə Bakı 123-cü MobileMonday şəhəri oldu. MoMo-nun Azərbaycanda rəsmi partnyoru ölkənin Birinci Mobil Operatoru Bakcell ilə Xəzər İnvestisiya Mərkəzidir. Lahiyə həmçinin Dünya Bankının InfoDev lahiyəsi tərəfindən dəstəklənir.

    MoMo-nun əsas məqsədləri lokal və dünya bazarından texnoloji innovasiyaların təqdim edilməsi vasitəsi ilə ölkənin mobil sektorunda innovasiyaların sürətləndirilməsi, yeni layihələrin və aplikasiyaların tətbiqidir.

    ‘Mobile Monday Baku’ haqqında əlavə məlumat www.mobilemonday.azwww.momo.az resurslarında yerləşdirilib.